Azərbaycanda problemli kreditlərin həcmi azalıb

12:56 - 11.03.2019


11 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-də ölkədə problemli kreditlərin statistikasını təqdim edib.

Bankın məlumatına əsasən, fevralın 1-nə olan vəziyyətə görə ölkənin banklarında problemli kreditlərin həcmi 1 569 milyon manat təşkil edib.

1 yanvar 2019-cu il  tarixinə problemli kreditlərin həcmi (1 585 milyon manat) 1% azalıb.