16:06 - 6.02.2019
6 fevral, Fineko/abc.az. Bank VTB (Azərbaycan)-ın kart sahibləri Azərbaycan Mərkəzi Bankının “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyasında iştirak edə bilər.
Aksiyada iştirak etmək üçün kart istifadəçiləri POS-terminal vasitəsilə 5 manat məbləğindən başlayaraq nağdsız əməliyyat aparmalıdır. Aksiya 30 aprel 2019-cu il tarixinədək davam edəcək.
Qalib hər ay Azərbaycan Mərkəzi Bankında Tiraj Komissiyasının iştirakı illə kompüter proqramı vasitəsilə müəyyən olunur. Uduş 50 manat təşkil edir - bu vəsait qalib gələn şəxsin kartına Cash Back şəklinə mədaxil olunur.
Lotereyanın şərtləri barədə ətraflı məlumatı MB saytından əldə etmək mümkündür.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026