13:18 - 6.02.2019
6 fevral, Fineko/abc.az. İran və İraqın mərkəzi banklarının başçıları Abdolnaser Hemmati və Əli Əl-Allak Bağdadda ölkələr arasında ödəniş mexanizminin tətbiq edilməsi haqqında müqavilə imzaladılar.
“İRNA” agentliyinin məlumatına görə, müqavilənin əsas məqsədi, İrandan idxal edilən elektrik enerjisinin və qazın İraq tərəfindən ödənilməsi zamanı maneələrinin aradan qaldırılmasıdır. Mexanizm həmçinin digər malların ödənilməsi zamanı da hesablaşmalrda kömək etməlidir. Saziş İraqın paytaxtı Ar-Rəşiddə, oteldə keçirilən iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin danışıqlarından sonra imzalanıb.
“Bu gün həm dövlət, həm də özəl sektorlar İranla ticarət dövriyyəsinin iri həcmlərini əldə etmişlər, lakin banklararası ödənişlər sahəsində problemlər var və buna görə də ixracatçılar çətinliklə üzləşirlər”, - deyə Əl-Allak bildirib.
ABŞ prezidenti Donald Tramp 2018-ci ilin may ayında Tehranla nüvə razılaşmasından birtərəfli qaydada çəkildikdən və ABŞ sanksiyalarını bərpa etdikdən sonra İran iqtisadiyyatı bank sektorunda ciddi problemlərlə üzləşdi. Beləliklə, Vaşinqtonun təzyiqi altında, Tehran SWIFT sistemindən uzaqlaşdırılıb və bu İran biznesinin xarici tərəfdaşlarla maliyyə münasibətlərinə ciddi maneə törətmişdir.
14 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026