15:43 - 21.11.2017
21 noyabr, Fineko/abc.az. Bakıda yeni və köhnə mənzillər ucuzlaşıb.
“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, Bakıda sentyabr ayı ilə müqayisədə, oktyabr ayında daşınmaz əmlak bazarında qiymətlər 0,46% artıb, keçən illin eyni dövrü ilə müqayisədə 9,16% qiymətlər aşağı düşüb.
“Təkrar mənzil bazarında (köhnə mənzillər) manatla ifadədə qiymətlər oktyabrda 0,75%, keçən ilin eyni dövrü ilə müqayisədə 10,46% azalıb. O cümlədən, yeni mənzillər ay ərzində 0,41%, keçən ilin eyni dövrü ilə müqayisədə isə 4,31 % ucuzlaşıb”, - deyə N. İbrahimov bildirdi.
Onun sözlərinə görə, mənzillərin ucuzlaşması struktur dəyişiklikləri ilə bağlıdır.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026