10:02 - 24.01.2019
24 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,42 dollar (0,67%) enib.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,74 dollar təşkil edir.
23 yanvar tarixində Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətdə, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti 0,39 dollar (0,74%) ucuzlaşaraq bir barelə 52,62 dollar təşkil etmişdir.
“ICE” birjasında çərşənbə günü keçirilən ticarətin nəticəsində “Brent” markalı neftin mart ayının fyuçers qiyməti 0,36 dollar (0,59%) düşərək bir barelə 61,14 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 8,52 dollara bərabərdir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026