14:32 - 15.09.2026
15 sentyabr, Fineko/abc.az. 2026-cı ilin ilk altı ayında xaricdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi məbləği keçən ilin eyni dövrü ilə müqayisədə 40,2 faiz artaraq 748,46 milyon dollara yüksəlib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin müvafiq dövründə bu göstərici 533,96 milyon dollar səviyyəsində olmuşdu.
Daxilolmalarda ən böyük pay 356,65 milyon dollarla Rusiyanın öhdəsinə düşüb ki, bu da ümumi daxilolmaların 47,7 faizini təşkil edir.
Türkiyədən köçürmələr artaraq 108,31 milyon dollara, Gürcüstandan 25,47 milyon dollara çatdığı halda, Birləşmiş Ştatlardan göndərilən məbləğ azalaraq 46,53 milyon dollara enib.
Ən kəskin artım isə İrlandiyadan qeydə alınıb — bu ölkədən köçürmələr 7,3 dəfə artaraq 42,96 milyon dollara yüksəlib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026