16:04 - 17.09.2026
17 sentyabr, Fineko/abc.az. 2026-cı ilin ilk yarısında ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən 46,5 milyon dollar pul köçürülüb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü (52,1 milyon dollar) ilə müqayisədə 10,7 % azdır.
Nəticədə ABŞ-nin ölkəyə daxil olan ümumi pul baratlarındakı payı 9,8 %-dən 6,2 %-ə düşüb.
Əks istiqamətdə isə azalma tempi daha yüksək qeydə alınıb. Belə ki, Azərbaycandan ABŞ-yə pul köçürmələri illik müqayisədə 25,2 % azalaraq 40 milyon dollardan 29,9 milyon dollara geriləyib.
Bununla da ABŞ-nin xaricə göndərilən ümumi pul baratlarındakı payı 16,8 %-dən 14,4 %-ə enib.
Buna baxmayaraq, iki ölkə arasında pul baratları üzrə xalis daxilolma 16,6 milyon dollar təşkil edib.
Ötən ilin müvafiq dövründə bu göstərici 12,1 milyon dollar olduğu üçün xalis daxilolmalarda illik müqayisədə 37,6 % artım müşahid olunub. Qeyd olunan göstəricilərdə kapital xarakterli əməliyyatlar nəzərə alınmayıb.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026