"GL" ASC Bakı Fond Birjasında 1 milyon manatlıq istiqraz yerləşdirib

15:18 - 18.09.2026


18 Sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) "GL" ASC-nin illik 15% gəlirliliklə emisiya etdiyi 1 milyon manat dəyərindəki istiqrazlarının yerləşdirilməsi üzrə birqiymətli hərrac uğurla yekunlaşıb.

BFB-nin Listinq Komitəsinin qərarı ilə qiymətli kağızlar Standart Bazar Listinq seqmentinə daxil edilib.

AZ2044020280 ISIN kodlu, 7 il tədavül müddətinə malik istiqrazların hər birinin nominal dəyəri 100 manat təşkil edir. Hərrac zamanı 52 investordan ümumi nominal dəyəri 1 milyon manat olan 52 sifariş daxil olub və buraxılış tam həcmdə reallaşıb. Faiz ödənişləri investorlara aylıq əsasda təqdim ediləcək.

Əməliyyatın anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC olub.