FHN-in 1.5 milyonluq sifarışı kimə həvalə olundu? - Detallar

10:00 - 14.09.2026


14 sentyabr, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi 1.5 milyon manatlıq satınalma həyata keçirib.

İdarə “SK Servis” MMC ilə 1 milyon 451 min manat məbləğində müqavilə imzalayıb.

Müqavilə xüsusi hərəkətli robotlarla quru yolu nəqliyyat vasitələrinin ayrı-ayrı tez sıradan çıxan hissələrinin yenilənməsi, cari və əsaslı təmiri, həmçinin alətlərin satın alınmasını əhatə edir.