Yanacaq 2 dəfə bahalaşdı: Aviaşirkətlərdən bilet xəbərdarlığı

16:32 - 28.10.2026


28 Oktyabr, Fineko/abc.az. İran ətrafında davam edən hərbi münaqişə fonunda təyyarə yanacağının  qiymətinin müharibədən əvvəlki səviyyə ilə müqayisədə iki dəfəyə yaxın artması aviasiya sənayesində ciddi böhrana səbəb olub.

Aviaşirkətlər gələcək yanacaq xərclərini sabitləmək üçün risklərin sığortalanması  proqramlarını dayandırır və aviabiletlərin qiymətinin kəskin artacağı barədə xəbərdarlıq edirlər.

Yüksək qiymətlər şəraitində yeni hədc müqavilələrinin bağlanması son dərəcə riskli hesab olunur. Mütəxəssislərin fikrincə, mövcud sığorta müqavilələrinin müddəti bitdikdən sonra aviaşirkətlər artan xərcləri birbaşa sərnişinlərin üzərinə köçürməyə məcbur olacaqlar.

Artıq ABŞ-da aviabiletlərin qiyməti illik müqayisədə 20%-dən çox, Avropa İttifaqında isə təxminən 6% artıb. Bir çox aviaşirkətlər gəlir proqnozlarını aşağı salıb, uçuş tezliklərini kəsib və qiymətləri 15-20% artırmağı planlaşdırır.