Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı çoxalıb

09:56 - 28.10.2026


28 oktyabr, Fineko/abc.az. Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı artıb.

2008-ci ildə sürücülük vəsiqəsi alanlar arasında qadınların xüsusi çəkisi cəmi 4,6% (6 187 nəfər) təşkil etdiyi halda, illər ərzində bu göstəricidə davamlı artım müşahidə olunmuş və 2025-ci ildə 18,8%-ə (65 696 nəfər) yüksəlib. Kişi sürücülərin payında azalma qeydə alınıb: 2008-ci ildə sürücülük vəsiqəsi alanların 95,4%-ni (127 546 nəfər) kişilər təşkil etdiyi halda, 2025-ci ildə kişilərin ümumi payı 81,2%-ə (284 479 nəfər) enib.

Qadınlar tərəfindən sürücülük vəsiqəsinin alınmasında ən yüksək rəqəmlər məhz son illərdə əldə olunub; belə ki, 2024-cü ildə qadınların sayı 57 153 (15,9%), 2025-ci ildə isə 65 696 (18,8%) nəfərə çatıb.