17:21 - 29.10.2026
29 Oktyabr, Fineko/abcnews. Fransanın avtomobil istehsalçısı "Renault Group" (RENA.PA) 2026-cı ilin üçüncü rübündə 11,6 milyard avro ($13,0 milyard) gəlir əldə edərək analitiklərin gözləntilərini üstələyib.
Şirkətin maliyyə hesabatına əsasən, sabit valyuta məzənnəsi ilə gəlirlər 1,4% artıb. Bazar üzrə ümumi satış həcmi Çin brendlərinin rəqabəti fonunda 6% azalaraq 497 799 avtomobilə düşsə də, elektromobillərin (EV) payının 25,8%-ə yüksəlməsi gəlirlərin artmasını təmin edib. İlin əvvəlindən "Renault" brendli elektromobillərin satışı "Renault 5" və yeni "Twingo" modellərinin hesabına 75,2% artıb.
Analitiklərin proqnozlarını üstələyən göstəricilərdən sonra şirkətin Paris birjasındakı səhmləri 7,8% dəyər qazanıb. "Renault Group" cari il üçün operativ mənfəət marşası hədəfini 5,5% səviyyəsində saxladığını təsdiqləyib.
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
28 Oktyabr 2026