10:35 - 30.10.2026
30 oktyabr, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində işləri davam etdirir.
ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, proqram çərçivəsində Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Qaradağ–Güzdək xətləri ilə yanaşı, Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin də bərpası nəzərdə tutulub.
Artıq həmin xətlər üzrə yol infrastrukturunun təhlili aparılıb və layihələndirmə işlərinə başlanılıb.
B. Hacıyevin sözlərinə görə, Yeni Suraxanı–Hövsan xətti üzrə layihələndirmə işlərinin 30%-i tamamlanıb.
Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb, onlarla müvafiq protokollar imzalanıb və kompensasiyalar ödənilib.
Hazırda mühafizə zonasına düşən obyektlərin söküntüsü başa çatdırılıb və hərəkətin təhlükəsizliyini təmin etmək üçün çəpərləmə işlərinə başlanılıb.
Həmçinin xətt boyunca stansiyaların yerləri dəqiqləşdirilib. Yeni Suraxanı–Hövsan istiqamətində 3-ü Hövsan ərazisində olmaqla ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Hər stansiyada piyada keçidlərinin, eləcə də avtomobil yolları ilə kəsişmələrdə müxtəlif səviyyəli körpülərin tikintisi nəzərdə tutulub.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026