12:21 - 24.12.2018
24 dekabr, Fineko/abc.az. Rüstəm Nəcəfov “Şahdağ” Turizm Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən istefa verib.
Turizm bazarındakı bir mənbə, Fineko/abc.az-a bildirib ki, mərkəzin İdarə Heyətinin yeni sədri vəzifəsinə, əvvəllər tanınmış otellər şəbəkəsində yüksək vəzifələrdə çalışmış Almaniya vətəndaşı Rodderix Mark təyin olunub.
“Rüstəm Nəcəfov hazırda Bakı şəhəri İcra Hakimiyyətində çalışır”, - mənbə bunu deyib.
Mənbə, R. Nəcəfovun çalışdığı vəzifəni açıqlamayıb.
8 Avqust 2026
8 Avqust 2026