"Lucid" yanğın riski səbəbindən 27 mindən çox lüks sedanını geri çağırır

21:56 - 28.08.2026


28 avqust, Fineko/abc.az. ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Lucid Motors" xarici işıqlandırma sistemində aşkar edilən qüsur və yanğın riski ilə əlaqədar 27,000-dən çox flaqman modelini geri çağırmağa məcbur olub.

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinin (NHTSA) yaydığı məlumata görə, qərar "Lucid Air" lüks sedan modelinə şamil edilir və ümumilikdə 27,185 ədəd nəqliyyat vasitəsini əhatə edir.

Araşdırmalar göstərib ki, avtomobillərin xarici işıqlandırma dövrəsində həddindən artıq qızma baş verə bilər ki, bu da yanğın riskini kəskin şəkildə artırır. Şirkət mühəndisləri problemin proqram təminatı yenilənməsi və ya müvafiq elektrik detallarının ödənişsiz dəyişdirilməsi yolu ilə aradan qaldırılacağını bildiriblər.