Azərbaycanda "turizm kəndləri" yaradılacaq — Yeni standartlar tətbiq olunur

17:49 - 20.08.2026


20 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində ölkədə "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi bazanın və müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.

Proqram kənd yerlərində və təbiət qoruqlarında turizmin dayanıqlı inkişafını hədəfləyir.

Sənədə əsasən, milli parklarda və dövlət qoruqlarında dayanıqlı turizmin təşkili, eləcə də ov turizmini inkişaf etdirmək üçün ov təsərrüfatlarının yenidən qurulması həyata keçiriləcək. Həmçinin Naftalan şəhərində turizm imkanlarının genişləndirilməsi və turizmdə iqlim fəaliyyəti üzrə yeni tənzimləmə mexanizmlərinin yaradılması nəzərdə tutulur.