10:29 - 18.08.2026
18 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 220 ədəd avtobus istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,2% çoxdur. Avqustun 1-nə ölkədə 28 ədəd hazır avtobus ehtiyatı formalaşıb.
Hesabat dövründə maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı üzrə ümumi məhsul buraxılışının dəyəri 248,9 milyon manat təşkil edib. İllik müqayisədə maşın və avadanlıqların istehsalı 73,5% azalsa da, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 88,4% artıb.
Ölkədə digər nəqliyyat vasitələri və texnikaların istehsal göstəriciləri:
Yük avtomobilləri: 511 ədəd (illik müqayisədə 2,7 dəfə artım), hazır ehtiyat – 40 ədəd;
Minik avtomobilləri: 1 881 ədəd (17,9% və ya 411 ədəd azalma), hazır ehtiyat – 128 ədəd;
Traktorlar: 298 ədəd (3,6% azalma), hazır ehtiyat – 6 ədəd.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026