14:31 - 14.08.2026
14 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev “Seleksiya nailiyyətləri haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara edilən dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən, seleksiya nailiyyətləri, qeydiyyata alınmış toxumçuluq operatorları, müvafiq toxumlardan istifadə müqavilələri və digər mühüm məlumatları özündə əks etdirən vahid reyestr yaradılacaq. Reyestr səlahiyyətli dövlət qurumu tərəfindən elektron formatda aparılacaq.
Həmçinin bu sahədə yeni dövlət rüsumları müəyyən edilib:
Seleksiya və toxumçuluq üzrə informasiya sistemindən çıxarışın verilməsinə görə — 50 manat;
Çıxarışın dublikatının verilməsinə görə — 10 manat;
Toxumların sort və səpin keyfiyyətlərini təsdiq edən sertifikatın verilməsinə görə — 25 manat.