Azərbaycanda qızıl və gümüş istehsalı azalıb, anbarlardakı ehtiyatlar isə artıb

12:08 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda qızıl istehsalı illik müqayisədə 7,9 faiz azalaraq 1 ton 946,3 kiloqram təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehsalın enməsinə baxmayaraq, sentyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 236,1 kiloqrama çatıb.

Analoji dinamika gümüş hasilatında da müşahid olunub. Hesabat dövrü ərzində ölkədə gümüş istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 9,3 faiz azalaraq 2492 kiloqrama düşüb. Buna baxmayaraq, sentyabrın 1-dək sənaye müəssisələrinin anbarlarında qeydə alınan gümüş ehtiyatları 22,8 faiz artaraq 708,5 kiloqrama yüksəlib.