Azərbaycanda xalça istehsalı kəskin artdı

12:16 - 21.09.2026


21 Sentyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 105,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 dəfə çoxdur.

İstehsalda sürətli artım xüsusilə avqust ayında özünü büruzə verib. Belə ki, təkcə avqust ayında ölkədə 27,7 min kvadratmetr xalça istehsal edilib ki, bu da bir il əvvəlki eyni dövrlə müqayisədə 91 dəfə çoxdur. Sentyabrın 1ə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 5,3 min kvadratmetr hazır məhsul ehtiyatı mövcuddur.

Xatırladaq ki, 2025-ci ildə ölkədə ümumilikdə 3,6 min kvadratmetr xalça məmulatı istehsal edilmişdi.