11:36 - 31.07.2026
31 iyul, Fineko/abc.az. Bu ilin sonunda Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən valyuta bazarına müdaxilə edəcəyini hədəfləyir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, cari ilin 6 ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib.
Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 6 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 482 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.8 faiz bəndi azalaraq 2026-cı ilin iyununda 25.6%-ə enib.
Müəllif: Elmir Muradov
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026