16:09 - 30.07.2026
30 iyul, Fineko/abc.az. Qlobal dağ-mədən nəhəngi "Anglo American Plc" mis qiymətlərinin rekord həddə çatması sayəsində maliyyə göstəricilərini kəskin yaxşılaşdırıb.
Şirkətin açıqladığı hesabata əsasən, ilin ilk yarısında davam edən fəaliyyətlərdən əldə olunan mənfəət 35% artaraq 4 milyard dollara çatıb. Bu göstəriciyə restructuring (yenidənqurma) prosesindən sonra şirkətin əsas fəaliyyət oxunu təşkil edəcək mis və dəmir filizi mədənləri daxildir.
Əsas məqamlar:
• Divident ödənişləri: Uğurlu maliyyə nəticələri fonunda şirkət divident ödənişlərini üç dəfədən çox artıraraq hər səhm üçün 23 pens müəyyən edib.
• Bazar konyukturası: İlin ilk yarısında mis qiymətləri təklif qıtlığı, süni intellekt (AI) sektorundakı sürətli böyümənin yaratdığı yüksək tələbat və gömrük tariflərinin səbəb olduğu ticarət axınlarındakı axşamalar hesabına rekord vurub.
Oxşar şəkildə, rəqib "Rio Tinto Group" və tezliklə "Anglo" tərəfindən satın alınacaq "Teck" şirkəti də metal qiymətlərinin yüksəlməsi fonunda güclü maliyyə hesabatları təqdim ediblər.