Əksər göstəricilərdə geriləyən şirkət hesabat açıqladı

16:03 - 27.07.2026


27 iyul, Fineko/abc.az. “Electro Industries” QSC 2025-ci ili 23,3 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 32,3% azdır.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin audit hesabatında bildirilir.

Şirkətin əsas əməliyyat gəlirləri 115,5 milyon manat təşkil edib və illik müqayisədə 25,3% azalıb. Satışın maya dəyəri 84,5 milyon manata enərək 25,9% azalıb, ümumi mənfəət isə 31 milyon manat olub ki, bu da 24,8% azalma deməkdir. Əməliyyat mənfəəti 29,9 milyon manat təşkil edib və əvvəlki illə müqayisədə 31,4% azalıb. Mənfəət vergisi üzrə ödənişlər 5,8 milyon manat olub ki, bu da illik müqayisədə 27,9% azdır.

2025-ci ilın sonuna şirkətin cəmi aktivləri 74,6 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 3,1% artım deməkdir. Cəmi kapital 23,7 milyon manata enərək 26,5% azalıb. Cəmi öhdəliklər isə 50,9 milyon manata yüksəlib və bu göstərici bir il əvvələ nisbətən 47,4% artıb. Pul vəsaitləri və onların ekvivalentləri 33,9 milyon manata çataraq 35,7% artıb, qısamüddətli debitor borcları isə 4,4 milyon manata yüksələrək 91,9% artım göstərib. Digər qısamüddətli aktivlər 25,1 milyon manat olub və 4,6% azalıb. Əsas vəsaitlərin dəyəri isə 920 min manata enərək 5,9% azalıb.