Çində qızıl tələbatı kəskin artıb: İdxal son iki ilin maksimumuna çatıb

11:16 - 24.07.2026


24 iyul, Fineko/abc.az. İyun ayında beynəlxalq bazarlarda qızılın qiymətində qeydə alınan kəskin ucuzlaşma və yuanın möhkəmlənməsi fonda Çinin qızıl idxalı son iki ilin rekord səviyyəsinə yüksəlib.

 Çin Gömrük Xidmətinin məlumatına görə, ölkənin xaricdən qızıl alışı iyunda təxminən 173 tona çataraq 2024-cü ilin martından bu yana ən yüksek göstəricini qeydə alıb.

 İdxalın ardıcıl olaraq üçüncü ay artması dünyanın en böyük külçə qızıl bazarında tələbatın güclü qaldığını göstərir.

"Jinrui Futures" analitiki Tsizze U  bildirib ki, qiymət enşiləri investorlar tərəfindən fürsət kimi dəyərləndirilib və kommersiya bankları pərakəndə investorlar üçün fiziki qızıl ehtiyatlarını kəskin artırıblar.