10:23 - 7.12.2018
7 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 3,81 dollar və yaxud 5,95% azalıb.
Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 60,24 dollar təşkil edir.
“NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti 1,4 dollar (2,65%) düşərək bir barelə 51,49 dollar təşkil etmişdir.
Cümə axşamı günü keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti 1,5 dollar (2,44%) enərək bir barelə 60,06 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 8,57 dollara bərabərdir.
4 Avqust 2026
4 Avqust 2026