15:35 - 4.08.2026
4 avqust, Fineko/abc.az. Bu il avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 13 milyard 767,9 milyon dollar təşkil edib.
AMB-nin dərc etdiyi statistik göstəricilərə əsasən, baş bankın valyuta ehtiyatları ötən ayın eyni dövrü (iyulun 1-i) ilə müqayisədə 610,3 milyon dollar və ya 4,6% artıb.