Azərbaycanda pul bazası 438,6 milyon manat azalıb

15:38 - 4.08.2026


4 avqust, Fineko/abc.az. Bu il avqustun 1-nə Azərbaycanda pul bazası 23 milyard 942,6 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik göstəricilərə əsasən, ölkədə pul bazası ötən ayın eyni dövrü (iyulun 1-i) ilə müqayisədə 438,6 milyon manat və ya 1,8% azalıb.