Azərbaycandan Ermənistana növbəti yanacaq partiyası göndərilib

11:18 - 26.06.2026


26 iyun, Fineko/abc.az. Bugün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə Ermənistana çatdırılmaq üçün növbəti yanacaq partiyası yola salınıb.

ABC.AZ xəbər verir ki, yükə 18 vaqon (971 ton) Aİ-92 benzini və 8 vaqon (467 ton) dizel daxildir.

İndiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel və 4 min tondan çox benzin ixrac edilib. Həmçinin Azərbaycan üzərindən Rusiyadan Ermənistana 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, alüminium, qarabaşaq və antrasit tranzit olunub.