15:37 - 25.06.2026
25 iyun, Fineko/abc.az. Azərbaycanın yeni tranzit sisteminə qoşulma prosesləri yaxın gələcəkdə başa çatdırılacaq.
ABC.AZ xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.
O qeyd edib ki, artıq bu istiqamətdə işlərə start verilib və biz qonşu ölkələrdə istifadə edilən elektron əsaslı, təminat əsaslı tranzit qaydalarını, eləcə də kağızsız texnologiyalar vasitəsilə rəsmiləşdirmə imkanlarını ölkəmizdə də tətbiq edə biləcəyik.
"Bu Avropa istiqamətində dəhliz boyu tətbiq olunacaq. Eyni zamanda biz Asiya regionu ilə də bu işləri aparırıq. Burada Mərkəzi Asiya dövlətləri, Çin və digər tərəfdaşlarla tranzit əməliyyatlarının sadələşdirilməsi istiqamətində, o cümlədən Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə fəaliyyətlərimiz davam edir. Hesab edirik ki, bu sahədə də müsbət nəticələr əldə ediləcək və bu da öz növbəsində Orta Dəhlizin gömrük aspektindən daha cəlbedici olmasına töhfə verəcək" - deyə Ş. Bağırov bildirib.
25 İyun 2026
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
24 İyun 2026