12:31 - 25.06.2026
25 iyun, Fineko/abc.az. İnnovativ maliyyə məhsul və xidmətlərinin Mərkəzi Bankın nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu mərhələdə maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən innovativ məhsul və xidmətlərin sınaqdan keçirilməsi üçün müraciətlərin qəbulu həyata keçiriləcək.
Qəbul prosesi 2 ay müddətində açıq olacaq. Müraciətlər 25 avqust 2026-cı il tarixinədək qəbul ediləcək.
Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.
25 İyun 2026
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
24 İyun 2026