12:07 - 25.06.2026
25 iyun, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 309 min ədəd artaraq 22 milyon 827 min ədəd təşkil etmişdir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12% artmışdır.
Ödəniş kartlarında debet kartlarının sayı 13% artmış, kredit kartlarının sayı isə 3% azalmışdır.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi "Statistik bülleten May 2026" sayında qeyd edilib.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir.
Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% artmışdır. 2026-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8milyard 680 milyon manat təşkil etmişdir.
Həyata keçirilən nağdsız ödənişlərin 7milyard 620 milyon manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 1milyard58 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
25 İyun 2026
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
24 İyun 2026