12:05 - 25.06.2026
25 iyun, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sistemi (FED) ölkənin ən böyük banklarının iştirakı ilə keçirilən illik stress testlərinin rəsmi nəticələrini elan edib.
Hesabata görə, irihəcmli bank strukturları kəskin iqtisadi böhran ssenarilərinə tam dayanıqlıdır və resessiya şəraitində belə ev təsərrüfatları ilə biznes sahələrini kreditləşdirmək potensialına malikdir.
ABC.AZ xəbər verir ki, builki stress testlərində aralarında "Bank of America", "Citigroup", "Goldman Sachs", "JPMorgan Chase", "Morgan Stanley" və "Wells Fargo" kimi nəhənglərin də olduğu 32 bank iştirak edib.
Ssenari çərçivəsində bank sektoru üçün ümumilikdə 708 milyard dollardan çox zərər proqnozlaşdırılsa da, bankların kapital səviyyəsi cəmi 1,6 bənd geriləyib və rəsmi minimum tələblərdən yüksək qalıb.
Bu nəticələrin bankların cari kapital tələblərinə birbaşa təsir etməyəcəyi və mövcud qaydaların 2027-ci ilə qədər qüvvədə qalacağı vurğulanıb.
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
24 İyun 2026