Mayda bank sektoru üzrə unikal müddətli əmanətçilərin sayı 3.1% artıb

10:55 - 25.06.2026


25 iyun, Fineko/abc.az. Mayda fiziki şəxslərin əmanətlərinin 12.26 mlrd. manatı və ya 70.4%-i milli valyutada saxlanılıb.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

May ərzində bank sektorunun aktivləri 3.2%, öhdəlikləri isə 3.9% artıb.

Müddətli əmanətlər fiziki şəxslərin ümumi əmanətlərinin 64.4%-ni təşkil edib.

May ayında müddətli əmanətlər 235.3 mln. manat və ya 2.1% artsa da, tələbli əmanətlər 81.3 mln. manat və ya 1.3% azalıb.

May ayında bank sektoru üzrə unikal müddətli əmanətçilərin sayı əvvəlki ayla müqayisədə 3.1% və ya 6,492 nəfər artıb. İlin əvvəlindən artım isə 11.3% və ya 21,990 nəfər təşkil edib.

Bank sektorunun şəbəkəsi də geniş olaraq qalır. Mayın sonuna bankların 499 filialı, 84 şöbəsi və 3,502 ATM-i fəaliyyət göstərib. Sektorda çalışanların sayı isə 27,374 nəfər olub.