Milli sığorta bazarının inkişafı üçün yeni strategiya hazırlanacaq - Deputat

14:30 - 24.06.2026


24 iyun, Fineko/abc.az. Azərbaycanda milli sığorta bazarının inkişafının növbəti mərhələsini müəyyən edəcək yeni strategiyanın hazırlanması planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2026) bildirib.

"Bu gün sığorta bazarı inkişaf nümayiş etdirir. Lakin hədəflərin müəyyən edilməsi daha vacib məsələdir. Konkret baxış mövcuddur, aydın yanaşma və strategiya işlənib hazırlanıb, bununla yanaşı, qarşıdakı mərhələ üçün yeni strategiyanın hazırlanması gözlənilir. Əslində söhbət bütün sahənin inkişafı üçün yol xəritəsindən gedir", - deputat vurğulayıb.

Müəllif: Elmir Muradov