14:20 - 24.06.2026
24 iyun, Fineko/abc.az. Günümüzdə sığorta artıq sadəcə zərərlərin kompensasiyası aləti deyil.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, sığorta insanlara gələcəyi daha inamlı şəkildə planlaşdırmağa imkan verir, ailələrin maliyyə müdafiəsini təmin edir və gözlənilməz təhdidlər qarşısında biznesin dayanıqlığını artırır.
Onun sözlərinə görə, qlobal sığorta bazarında müzakirələrin mərkəzi mövzuları transformasiya olunan risklər və bu çağırışlara cavab verən yeni həllər ətrafında cəmləşir:
"Son illərdə təbii fəlakətlərin intensivliyinin artması, kibertəhdidlərin yayılması və bir sıra digər nüanslar sığorta sahəsi qarşısında yeni vəzifələr formalaşdırır. Bu çağırışlar bizi daha böyük çeviklik nümayiş etdirməyə, innovativ məhsullar hazırlamağa və müştərilərin dəyişən tələblərinə operativ şəkildə uyğunlaşmağa vadar edir.
Bu məqsədlə "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində qarşıdakı dövr üçün - sığorta xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal həllərin tətbiqi, könüllü sığortanın inkişafı və maliyyə xidmətlərindən istifadə üçün daha geniş imkanların formalaşdırılması əsas prioritetlər kimi müəyyən edilib. Hesab edirəm ki, bu sənəd sadəcə dövlət proqramı deyil, sığorta bazarının gələcək inkişafı üçün ən mühüm yol xəritəsidir. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq yalnız dövlət orqanlarının deyil, eyni zamanda bazarın bütün iştirakçılarının birgə məsuliyyətidir. Əminəm ki, əməkdaşlıq və sinerji sayəsində sığorta sahəsinin inkişafını daha da sürətləndirə biləcəyik".
Müəllif: Elmir Muradov
25 İyun 2026
25 İyun 2026
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
22 İyun 2026
24 İyun 2026
24 İyun 2026