AMB: İllik inflyasiya 5.6% təşkil edib, xarici mənşəli xərc riskləri aktivləşir

12:01 - 24.06.2026


24 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) cari və növbəti ildə illik inflyasiyanın hədəf diapazonunda (4±2%) qalacağı proqnozunu dəyişməz saxlasa da, xarici mənşəli xərc amillərində aktivləşmə müşahidə olunduğunu bəyan edib.

ABC.AZ rəsmi göstəricilərə istinadən xəbər verir ki, 2026-cı ilin may ayında ölkədə 12 aylıq inflyasiya 5.6% təşkil edib. Qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.6%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.9% olub. İllik baza inflyasiya da 5.6%-ə bərabərdir. AMB xəbərdarlıq edir ki, daxili məcmu tələbin izafi genişlənməsi ehtimalı aşağı olsa da, qlobal gübrə və ərzaq qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi və tərəfdaş ölkələrdən inflyasiya idxalı xarici risk amillərini gücləndirir. Hazırda bu amillərin dayanıqlılığı ilə bağlı dərin təhlillər aparılır.