Kaliforniyada milyarderlər üçün 5%-dək vergi təklif olunub

20:14 - 19.06.2026


19 iyun, Fineko/abc.az. 1 milyard dollardan çox aktivlərə tətbiq ediləcək 5%-dək birdəfəlik vergi təşəbbüsü 3 noyabr 2026-cı il seçkilərində səsverməyə çıxarılacaq.

ABC.AZ xəbər verir ki, təşəbbüs qəbul edilərsə, daxilolmaların 90%-i səhiyyəyə, qalan hissəsi isə sosial proqramlara yönəldiləcək. Verginin on milyardlarla dollar gəlir gətirəcəyi gözlənilir, lakin gələcəkdə gəlir vergisi üzrə büdcə daxilolmalarını azalda bilər.