10:18 - 19.06.2026
19 iyun, Fineko/abc.az. “Gəncə Aqro 2” MMC 2025-ci ili 170 847 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ildə 260 172 manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 34.3% azalma deməkdir.
ABC.AZ MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə “Gəncə Aqro 2” MMC-nin əsas əməliyyat gəlirləri 1 milyon 597 min manat ikən, 2025-ci ildə isə 1 milyon 375 min manat olub. (14% azalma)
Hesabat dövründə “Gəncə Aqro 2” MMC-nin cəmi aktivləri 8 milyon 570 min manatdan 14 milyon 20 min manata, cəmi öhdəlikləri 276 min manatdan 297 min manata, cəmi kapitalı isə 8 milyon 512 min manatdan 14 milyon 155 min manata çatıb.