09:36 - 17.06.2026
17 iyun, Fineko/abc.az. Ötəngünkü enişdən sonra etalon markaların qiymətləri çərşənbə günü keçirilən ticarət əməliyyatlarında azalmaqda davam edir.
Saat 09:30-a olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə $0,85 (1,08%) azalaraq bir barel üçün $78,11 təşkil edib. 16 iyun ticarətinin yekunlarına əsasən, müqavilə $4,21 (5,06%) ucuzlaşaraq bir barel üçün $78,96 olub.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:30-a qədər $0,90 (1,18%) ucuzlaşaraq bir barel üçün $75,15 təşkil edib. 16 iyun ticarətinin yekunlarına görə, müqavilənin dəyəri $4,70 (5,82%) azalaraq bir barel üçün $76,05 səviyyəsinə düşüb.
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə $3,94 (4,55%) azalaraq bir barel üçün $82,61 təşkil edib.
