Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları gücləndirir və Ukraynanın energetikasını dəstəkləyir

15:27 - 16.06.2026


16 iyun, Fineko/abc.az. Böyük Britaniyanın Baş naziri Kir Starmer G7 sammitində Rusiyaya qarşı yeni enerji sanksiyaları paketi və Ukraynanın AES-ləri üçün növbəti iki il ərzində yanacaq tədarükü ilə bağlı razılaşmanı açıqlayıb.

ABC.AZ xəbər verir ki, məhdudiyyətlər Rusiyanın “kölgə donanması”, sanksiyalardan yayınma üçün maliyyə sxemləri və sanksiya altında olan maye təbii qazı daşıyan gəmiləri hədəf alır. Eyni zamanda London Ukrayna üçün zənginləşdirilmiş uranın tədarükünü dəstəkləmək məqsədilə Urenco şirkəti vasitəsilə £210 mln ayıracaq.

Starmer bildirib ki, bu tədbirlər Rusiyanın gəlirlərini azaltmaq və Ukrayna ilə Avropanın enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.