17:05 - 15.06.2026
15 iyun, Fineko/abc.az. ABŞ və İran arasında geosiyasi gərginliyi azaldan və qlobal iqtisadi sabitliyə yol açan müvəqqəti barışıq razılaşması sənaye metalları bazarında kəskin qiymət artımına səbəb olub.
ABC.AZ dünya birjalarına istinadən xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərifin tərəflər arasında bir çox strateji məsələdə, o cümlədən Livan cəbhəsində "tam uzlaşma" təmin edildiyini elan etməsindən sonra mis qiymətləri iyun ayının ikinci həftəsində sürətlə yüksəlib.
Birjalarda qeydə alınan son rəqəmlər:
London Metal Birjası (LME): Qlobal tədarük zəncirinin bərpası və iqtisadi canlanma gözləntiləri fonunda Londonda misin qiyməti 1,2% artaraq ton başına təxminən 13 650 dollara yüksəlib.
COMEX Birjası (Nyu-York): ABŞ-ın COMEX birjasında isə mis fyuçersləri 1,8% dəyər qazanaraq hər funt (libre) üçün 6,39 dollar səviyyəsinə çatıb.
Analitiklər qeyd edirlər ki, ABŞ və İranın rəsmi sülh memorandumunu imzalaması və Hörmüz boğazının yenidən kommersiya gəmiləri üçün tam açılması qlobal sənaye istehsalına olan tələbatı stimullaşdırdığı üçün mis və digər baza metallarının bahalaşması trendi davam edə bilər.