21:32 - 13.06.2026
13 iyun, Fineko/abc.az. İran İslam Respublikası qlobal neft nəqliyyatının ən mühüm nöqtələrindən biri olan Hörmüz boğazı ilə bağlı strateji planlarını və ABŞ ilə danışıqlardakı əsas şərtlərini açıqlayıb.
ABC.AZ xəbər verir ki, İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Baqayi ölkəsinin gələcək sazişlərdəki qəti mövqeyini diqqətə çatdırıb.
Bəyanatın mühüm bəndləri:
Hörmüz boğazında yeni tranzit qaydası: İsmayıl Baqayi bildirib ki, rəsmi Tehran Hörmüz boğazından keçən gəmilərin keçidi üçün rüsum (haqq) tutmağa başlayacaq.
Dondurulmuş aktivlər şərti: XİN rəsmisi vurğulayıb ki, İranın xarici banklarda dondurulmuş maliyyə aktivlərinin tamamilə sərbəst buraxılması ABŞ ilə imzalanması gözlənilən gələcək sülh sazişinin ayrılmaz və müzakirə olunmaz hissəsidir.
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026