ABŞ və İran arasında "prinsipial razılıq" əldə olunub — "Axios"

23:44 - 11.06.2026


11 iyun, Fineko/abc.az. ABŞ və İran regional gərginliyi azaltmaq məqsədilə 60 günlük atəşkəs çərçivəsində "prinsipial razılığa" gəliblər. Tehranda Qətər tərəfinin vasitəçiliyi ilə gecə saatlarınadək davam edən danışıqlarda tərəflər əsas fikir ayrılıqlarını aradan qaldıra biliblər.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, əldə olunmuş layihə mətni həm Tehran, həm də Vaşinqton üçün məqbul hesab edilir. Razılaşma çərçivəsində 3 mühüm istiqamət üzrə irəliləyiş qeydə alınıb:

  • Dondurulmuş aktivlər: İranın xaricdəki bloklanmış maliyyə vəsaitlərinin sərbəst buraxılması mexanizmi;

  • Hürmüz boğazı: 60 günlük müvəqqəti atəşkəs dövründə Hürmüz boğazının gəmilərin hərəkəti üçün yenidən açılması qaydası;

  • Nüvə proqramı: Atəşkəs müddətində İranın nüvə proqramı üzrə danışıqların aparılma formatı.

Bu mühüm irəliləyiş fonunda ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan hərbi zərbələri təxirə saldığını və sənədin imzalanma mərasiminin tezliklə elan olunacağını bəyan edib. Bununla belə, sazişin rəsmiləşməsi üçün son qərarı İranın ali lideri Müctəba Xamenei verməlidir.