Səudiyyə Ərəbistanı Livandan idxal qadağasını ləğv etdi — 5 illik embarqo başa çatdı

22:51 - 11.06.2026


11 iyun, Fineko/abc.az. Səudiyyə Ərəbistanı Beyrut hökumətinin iqtisadi sabitləşmə səylərini dəstəkləmək məqsədilə Livan mənşəli malların ölkəyə idxalına qoyulmuş beşillik qadağanı rəsmən ləğv edib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın birbaşa göstərişi ilə qəbul edilən bu qərar iki ölkə arasında ticarət əlaqələrinin bərpası istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Analitiklər qeyd edirlər ki, rəsmi Ər-Riyadın idxala yaşıl işıq yandırması uzun illərdir dərin iqtisadi və maliyyə böhranı ilə mübarizə aparan Livan iqtisadiyyatının daxili istehsal və ixrac imkanlarını genişləndirəcək, həmçinin regiondakı makroiqtisadi gərginliyi müəyyən qədər yumşaldacaq.