17:19 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Almaniyanın “Mercedes-Benz” şirkəti Ukraynanın “Tytan Technologies” şirkəti ilə birlikdə G-Class yolsuzluq avtomobili əsasında “Drone Defender” adlı mobil pilotsuz uçuş aparatlarına qarşı sistem hazırlayır.
ABC.AZ xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı müdafiə sənayesi mənbələrinə istinadən məlumat yayıb.
Sistem radarlar, aşkarlama sensorları və dronları zərərsizləşdirmə vasitələri ilə təchiz ediləcək. Hazır prototipin yaxın aylarda Berlində keçiriləcək müdafiə sərgisində təqdim olunması planlaşdırılır. Qeyd olunur ki, “Tytan Technologies” artıq Ukraynadakı silahlı qüvvələrə dronlar tədarük edir.
“Mercedes-Benz” rəsmi şərh verməsə də, məlumatlara görə, şirkət ənənəvi avtomobil bazarlarında böhran fonunda müdafiə sektorunu yeni biznes istiqaməti kimi nəzərdən keçirir.
10 İyun 2026
8 İyun 2026