Azərbaycan ilə Yunanıstan arasında ticarət dövriyyəsi 4 ayda bu qədər olub

17:24 - 8.06.2026


8 iyun, Fineko/abc.az. Cari ilin yanvar–aprel aylarında Azərbaycan ilə Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi 361,1 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,2 milyon ABŞ dolları və ya 15% çoxdur.

Hesabat dövründə Yunanıstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,08%-ni təşkil edib.

Yanvar–aprel aylarında Azərbaycan Yunanıstana 336,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 milyon ABŞ dolları və ya 14,4% artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Yunanıstan Yunanıstandan Azərbaycana təxminən 24,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon ABŞ dolları və ya 23,7% artım deməkdir.