Pul götürənlər “Merkuri” BOKT-yə ödəniş etmir - Problemli kreditlər artıb

11:40 - 3.06.2026


3 iyun, Fineko/abc.az. Ötən ilin sonunda “Merkuri” bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin vaxtı keçmiş kreditlərinin həcmi 2 milyon 35 min manat olub.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 690,4 min manat və ya 51,3% çoxdur.

Belə ki, 2024-cü ilin sonunda “Merkuri” BOKT ASC-nin vaxtı keçmiş kreditlərinin həcmi 1 milyon 345 min manat olmuşdu.

Qeyd edək ki, ötən ilin yekununda BOKT-un müştərilərə verdiyi cəmi kreditlərin həcmi 8 milyon 892 min manat olub. Vaxtı keçmiş kreditlərin ümumi portfeldə payı 23% olub. 2024-cü ildə vaxtı keçmiş kreditlərin kredit portfelində payı 17,4% idi.