BTQ Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat marşrutudur - Gürcü nazir

12:11 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti region üçün strateji əhəmiyyət daşıyır.

ABC.AZ xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani bildirib.

O, qeyd edib ki, BTQ Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat marşrutudur və Gürcüstan, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi strateji layihə kimi regionda yük daşımaları üçün əlavə imkanlar yaradır.

"Bizim nəqliyyat şəbəkəmizə yeni dəmir yolu xətti əlavə olunur. Bu, Avropanı Asiya ilə birləşdirən və bizə regionda yük daşımaları üçün əlavə imkanlar verən Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsidir", – deyə T.İoseliani əlavə edib.