Hörmüz boğazından tanker trafiki əvvəlki səviyyəyə qayıtmaya bilər

17:24 - 1.06.2026


1 iyun, Fineko/abc.az. İranda baş verən hərbi əməliyyatlardan sonra Hörmüz boğazından neft tankerlərinin hərəkəti heç vaxt müharibədən əvvəlki səviyyəyə qayıtmaya bilər. Bu barədə CNBC məlumat yayıb.

ABC.AZ xəbər verir ki, ekspertlərin sözlərinə görə, Qərb gəmi sahibləri döyüşlərin yenidən başlama ehtimalı və Tehranla əməkdaşlığın nəticələrindən ehtiyat edərək bu marşrutdan çəkinəcəklər. Proqnoza görə, trafik yalnız müharibədən əvvəlki səviyyənin 60–70%-nə çata bilər. Eyni zamanda Çin gəmiləri sərbəst hərəkət edə biləcək, Qərb ölkələri üçün isə İranla ayrıca razılaşmalar tələb olunacaq.

Münaqişənin elə bir şəkildə başa çatması ki, İran boğaz üzərində operativ nəzarəti saxlasın, daşımaların həcminin əhəmiyyətli dərəcədə aşağı qalmasına səbəb olacaq. Bu halda giriş azad naviqasiya prinsipi ilə deyil, siyasi amillərlə müəyyən olunacaq.