SOCAR-ın EBITDA göstəricisi 10,9 milyard manata çatıb

11:13 - 27.08.2026


27 avqust, Fineko/abc.az. SOCAR-ın 2025-ci ildə faizlər, vergilər və amortizasiyadan əvvəlki mənfəəti (EBITDA) 26% artaraq 10,9 milyard manata yüksəlib. Əməliyyat mənfəəti isə 80,1% artımla 5,2 milyard manata çatıb.

Dövlət şirkətinin ümumi gəlirlərinin cəmi 1,9% (86,3 milyard manat) artdığı bir şəraitdə rentabelliyin kəskin yüksəlməsi idarəetmənin təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və xərclərin optimallaşdırılması ilə əsaslandırılır.